Tokayev Nazarbayevin daha bir qohumunu işdən uzaqlaşdırdı - MSK sədri

Tokayev Nazarbayevin daha bir qohumunu işdən uzaqlaşdırdı - MSK sədri
  • DÜNYA

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Seçki Komissiyasının rəhbəri Berik İmaşevi istefaya göndərmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə fərman Qazaxıstan liderinin saytında dərc olunub.

Xatırladaq ki, İmaşev ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin böyük qızı, parlamentin (aşağı palata) deputatı Dariqa Nazarbayevanın qudasıdır. Qızı Aidə Dariqa onun oğlu Nurəli Əliyevlə evlidir.

Qeyd olunur ki, MSK-nın yeni rəhbəri Nurlan Abdirov olacaq, bu barədə prezidentin saytındakı müvafiq sərəncamda deyilir.

Bundan əlavə, Tokayev başqa işə keçməsi ilə əlaqədar Senatın (parlamentin yuxarı palatası) deputatı Abdirovun səlahiyyətlərinə xitam verib.
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR