Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq

Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq
  • İDMAN

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Skillinq Open" turnirində bu gün növbəti görüşlərini keçirəcək.

"Report"un məlumatına görə, 33 yaşlı qrossmeyster yarışın ikinci günündə daha beş rəqiblə üz-üzə gələcək.

Rəcəbov 6-cı turda Alireza Firuzca (İran), 7-ci turda Levon Aronyan (Errmənistan), 8-ci turda Yan-Kriştof Duda (Polşa), 9-cu turda Dinq Liren (Çin), 10-cu turda isə Aniş Giri (Niderland) ilə görüşəcək.

Onlayn keçirilən turnir "Champions Chess Tour” çərçivəsində təşkil edilir.

Qeyd edək ki, Teymur Rəcəbov ilk yarış günündə 1,5 xal toplaya bilib və hazırda 14-15-ci yerləri bölüşdürür.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR