Texasda 9 milyon nəfər susuz qalıb

Texasda 9 milyon nəfər susuz qalıb
  • DÜNYA

ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti səbəbindən 1 200-dən artıq su sistemi yararsız hala düşüb.

"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, bunu ştatın valisi Qreq Ebbott bildirib.

Onun sözlərinə görə, Texas Milli Mühafizəçiləri ötən həftənin sonunda 3,5 milyon şüşə su paylayıb. Milyonlarla sakinin yaşayışına təsir göstərən elektrik enerjisində yaranan fasilələr bu günlərdə böyük miqyasda bərpa olunub. Hazırda ştatda 9 milyon sakin su qıtlığından əziyyət çəkir.

Qeyd edək ki, fevralın 11-dən Texas başda olmaqla ABŞ-ın bir sıra ştatlarında havanın soyuq və şaxtalı keçməsi nəticəsində 60 nəfər ölüb. Ölüm hadisələrinin 30-ı Texasda qeydə alınıb.

Xatırladaq ki, 2019-cu ilin məlumatına əsasən, Texasın 29 milyon nəfər əhalisi var.
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR