Tereza Mey iyunun 7-də istefaya gedəcək

Tereza Mey iyunun 7-də istefaya gedəcək

Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkar Partiyasının lideri vəzifəsindən ayrılacağını açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, T.Meyi belə bəyanat verməyə partiyadaşları, o cümlədən onun "Brexit" üzrə Avropa İttifaqı ilə yeni saziş təklifindən narazı qalan Nazirlər Kabineti üzvləri məcbur ediblər.
Bu isə o deməkdir ki, o, ölkənin baş naziri vəzifəsini də tərk etməlidir. Ancaq iyunun 7-də istefa verməsi ona iyun ayının əvvəlində Londona rəsmi səfər edəcək ABŞ Prezidenti Donald Trampı qəbul etməyə imkan verəcək.
Qeyd edək ki, partiyanın yeni liderinin seçimi prosesinə rəsmən iyunun 7-dən sonra başlanılacaq. Ancaq hazırda əsas namizəd - sabiq xarici işlər naziri Boris Conson namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlayıb. Belə imkanı həmçinin İcmalar Palatasının sabiq lideri Andrea Lids də nəzərdən keçirir. Potensial namizədlər arasında eyni zamanda xarici işlər naziri Ceremy Hant və daxili işlər naziri Sacid Cavid də var.
Yeni lider seçilənə qədər - bu proses, təxminən altı həftə çəkir - T.Meyin baş nazir vəzifəsini müvəqqəti icra edəcəyi gözlənilir.
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR