Ötən il Türkiyədə ev alan azərbaycanlıların sayı 5%-dək azalıb

Ötən il Türkiyədə ev alan azərbaycanlıların sayı 5%-dək azalıb

Ötən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 146 mənzil alıb.

"Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin dekabr ayı ilə müqayisədə 20 mənzil və ya 12,05% azdır.
2019-cu il ərzində isə Azərbaycanın 1 191 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 59 mənzil və ya 4,7% azdır.
Qeyd edək ki, ümumilikdə dekabr ayında 5 351 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 737 ədəd və 15,97% çoxdur.
2019-cu il ərzində Türkiyədə 45 967 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci illə müqayisədə 5 923 ədəd və ya 14,8% çoxdur.
Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Ötən ilin dekabr ayında iraqlılar Türkiyədə 897, ötən il ərzində isə ümumilikdə 7 596 mənzil əldə ediblər.
Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşları dekabrda 763, 2019-cu ili ərzində isə 5 423 mənzil satın alıblar.
İlk üçlüyü isə rusiyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 362 mənzil, 2019-cu ili ərzində isə 2 893 mənzil əldə ediblər.
Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR