Ötən il Gürcüstan turizmdən 3,2 milyard dollardan çox gəlir əldə edib

Ötən il Gürcüstan turizmdən 3,2 milyard dollardan çox gəlir əldə edib

Ötən il Gürcüstan turizmdən 3 milyard 268 milyon dollar gəlir əldə edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.
İllik müayisədə gəlir 1,4% artıb.
2019-cu ildə qonşu ölkənin turizmdən ən az gəliri164,5 milyon dollar olmaqla yanvar, ən çox gəliri isə 412,8 milyon dollar olmaqla avqust ayının payına düşüb.
Qeyd edək ki, ötən il Gürcütan 9,3 milyon nəfərdən çox əcnəbi ziyarətçi qəbul edib ki, onların da arasında Azərbaycan vətəndaşları (1 526 619 nəfər) birinci yeri tutub. 
Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR