Ötən il Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 20 milyard dollardan çox olub

Ötən il Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 20 milyard dollardan çox olub

2018-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 178 ölkədən isə idxal olunub.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyard 290,9 milyon dollar, idxalın dəyəri 11 milyard 465,0 milyon dollar təşkil edib, nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artıb. Real ifadədə isə dövriyyə 0,5 faiz, o cümlədən ixrac 0,6 faiz, idxal 0,2 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,2 faizini İtaliya, 9,4 faizini Türkiyə, 6,7 faizini İsrail, 4,8 faizini Çexiya, 4,2 faizini Hindistan, 4,0 faizini Almaniya, 3,7 faizini Tayvan (Çinin əyaləti), 3,4 faizini Rusiya, hər biri 3,1 faiz olmaqla Kanada və İndoneziya, 2,7 faizini Portuqaliya, 2,5 faizini Gürcüstan, 2,3 faizini Fransa, 2,0 faizini İspaniya, qalan 17,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ildə ölkədən 1689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1,0 faiz çoxdur.

Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR