Ötən il Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb

"Ötən il 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib".


"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

O qeyd edib ki, "Elektron xidmət" bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilib: "Bundan başqa, keçən il 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-ci ildən 2019-cu ilin 1 yanvar tarixinədək agentlikdə ümumilikdə 12122 əsəri və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib".

K.İmanov əlavə ki, ÜDM-də müəllif hüququna əsaslanan neqativ sənayenin payı artıb: "Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan neqativ sənayenin payı 2007-ci ildə 3,3 faizdən 2018-ci ilin 1 yanvarında olan vəziyyətə görə 5,1 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 3549,1 mln. manat təşkil edib".

Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR