Ötən il Acarıstana gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

Ötən il Acarıstana gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

Ötən il Azərbaycandan Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 206 412 nəfər səfər edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Muxtar Respublikanın Turizm və Kurortlar Departamentindən bildirilib.
Azərbaycan bu göstərici ilə hesabat ilində Acarıstana yollanan əcnəbi ziyarətçilər arasında ilk beşlikdə ikinci yeri tutub. Birinci yerdə 894 750 nəfərlə Türkiyə, üçüncü yerdə 106 276 nəfərlə Rusiya, dördüncü yerdə 100 992 nəfərlə İsrail, beşinci yerdə isə 59 342 nəfərlə Ukrayna qərarlaşıb.
2019-cu ildə Acarıstan ümumilikdə rekord sayda – 2 002 540 beynəlxalq ziyarətçi qəbul edib. İllik müqayisədə xarici ziyarətçilərin sayında +3,7% artım qeydə alınıb.
Batumi hava limanı vasitəsilə Acarıstana edilən səfərlərin sayı 7,9% artıb. Sarpi sərhəd-keçid məntəqəsi üçün artım göstəricisi 4,5%, Batumi limanı üçün isə 17,3% təşkil edib. 
Xəbər 1093 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR