Ötən ay Azərbaycanda qanunsuz yaşayan 452 miqrant saxlanılıb

Ötən ay Azərbaycanda qanunsuz yaşayan 452 miqrant saxlanılıb

 2019-cu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb. 


Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, onlardan 6 nəfər Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.

Saxlanılan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nəfəin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 452 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanıan əcnəbilərdən 438 nəfər barəsində inzibati qərarlar verilib. Digər 14 əcnəbinin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR