Temperatur 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Temperatur 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bürodan Aktual.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında da iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. 
 
Aktual.az-
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR