Kosmetik
və ya əsaslı təmir etməyə hazırlaşan insanların qarşısında, adətən, ciddi
problem durur – öz işini bilən, professional təmir briqadasını necə seçmək və
aldadılmamaqüçün hansı addımlar atılmalıdır.
İqtisadi
böhran dələduzları yeni-yeni hiyləgərlik yollarını axtarmağa məcbur edir. Asan
yolla pul qazanmaq istəyənlər sözsüz ki, tikinti sektorunda da var.
Təmir və
tikinti üçün ustaların təkliflərini nəzərdən keçirərkən düzgün seçim Sizin büdcənizə
qənaət edəcək və əsəblərinizi qoruyacaq.
Əgər
tikinti təmir işlərinizin keyfiyyətli yerinə yetrilməsiniistəyirsinizsə, o
zaman peşəkarların seçimi vaxtı,
aşağıdakı amilləri nəzərə almaq lazımdır:
1. Briqadada
hər sahə üzrə mütəxəssislərin olması. Əgər briqadada plitə (kafel) ustasıhəmdə
divar kağızı yapışdırırsa və ya rəngsaz isti döşəmələrin döşənməsi ilə məşğul
oldursa bu yaxşı göstərici deyil. Əgər təmirin keyfiyyətli aparılması istəyirsinizsə,
evinizdə və ya obyektinizdə yalnız peşəkarlar işləməlidir.
2.
Portfolio və əvvəlki sifarişçilərin briqadasının işi haqqında rəyləri. Uzun illər
təmir sahəsində uğurla çalışan inşaatçıların yəqin ki, işlərindən nümunələri və
razı müştəriləri olmalıdır. Seçdiyiniz usta briqadasının və ya tikinti şirkətinin
işinə "canlı" baxmaq, onların xidmətlərinin keyfiyyətini qiymətləndirmək,
mütəxəsshttp://islərin əvvəlki fəaliyyəti haqqında maksimum məlumat toplamaq lazımdır.
Bunun üçün sizə Tender.az saytı yardımçı ola bilər. Bu saytda tikinti şirkətləri öz portfoliolarınıyerləşdirilər və müştərilərin rəyləri
yazılır.
3. Rəsmi
müqavilə əsasında işləmək imkanı. Öz rekvizitləri və şəxsiyyətini təstiq edən məlumatları
göstərilməklə, təmir-tikinti işlərinin aparılması üçün müqavilə bağlamaq istəməyən
briqadadan dərhal imtina edilməlidir. Hüquq normaları çərçivəsində savadlı hüquqşünas
tərəfindən tərtib edilmiş sənəd Sizi pul və vaxt itirilməsi ehtimalından
qoruyacaq. Müqavilədə briqadanın yerinə yetirəcəyi işlərin bütün həcmini,
obyekti Sizə rəsmi təhvil-təslim aktı əsasında təhvil verməli olduğunu və təmir
prossesinin vaxt çərçivəsini mütləq göstərmək lazımdır. Bu cür yanaşma ustaları
cərimə sanksiyalarına "düşməmək" üçün öhdəliklərinivaxtı vaxtında və
keyfiyyətli yerinə yetirməyə təşviq edəcəkdir.
4.
Tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş bütün ödənişi dərhal
verməyin. Tanımadığınız bir briqada ilə işləyirsinizsə, böyük bir risk var ki,
böyük bir məbləğ əldə etdikdən sonra "ustalar” yox olacaq. İşlərin başlanması
üçün standart avans təmirin dəyərinin 25%-ə qədərini təşkil edir. Bundan sonra
bütün ödənişlər mərhələlər bölünməlidir.
Yuxarıda
göstərilən meyarlarla sizi qane edən briqada tapdıqdan sonra təmir işlərinə tərtib
edilən smetaya xüsusi diqqət yetirilməlidir.
Qiymətləndirmə
zamanı nələr nəzərə alınmalıdır.
-
Tez-tez İnşaatçılar görüləcək işlərin dəyərini əhəmiyyətli dərəcədə aşağı
salırlar ki, sifarişçi onlarla əməkdaşlıq etməyə razılaşsın. Bundan sonra məlum
olur ki, sənəddə materialların və işlərin minimal qiyməti göstərilib, onların əsl
dəyəri isə təxminən 30-40% yüksəkdir. Bunun baş verməməsi üçün əsas
materialların və mütəxəssislərin xidmətlərinin dəyərini təxminən müəyyən etmək
lazımdır, şübhəli aşağı qiymət təkliflərini qəbul etməyin.
Smetada
materialların konkret dəyəri və onların hardan alınması göstərilməlidir.
İstifadə ediləcək materilalların markası və brendi smetada öz əksini
tapmalıdır.
Smeta peşəkar şəkildə tərtib olunmalıdır, orada materialların dəyəri, onların həcmi, inşaatçıların xidmətlərinin ödənilməsi mütləq nəzərə alınmalıdır.
Əsas işlərin görülməsi
Tikinitimaterialların
alınması ustalarla birlikdə həyata keçirilməlidir. Bununla Siz həqiqətən yüksək keyfiyyətli materiallar
aldığınıza dair bir zəmanət əldə edəcəksiniz. Hər bir tikinti şirkətinin və
ustanın materialları daha aşağı qiymətə əldə edə biləcəyi satış məntəqələri
olur. Lakin daha "Ucuz qiymətə" alınmış materiallarının lazımi
keyfiyyəti olmasına diqqət yetirin.
Əgər Siz
özünüz işlərin bütün mərhələlərinə nəzarət edə bilmirsinizsə, o zaman aparılan
təmirin keyfiyyətini obyektiv qiymətləndirə biləcək kənar mütəxəssisə müraciət
etməlisiniz. Belə yanaşma isti döşəmələrin düzəldilməsi, hidro, istilik və səs
izolyasiyasının quraşdırılması, elektrikin və su xətlərinin çəkilməsi zamanı
xüsusilə aktualdır. Məsələn, smetada naqillərin bir növü yazıla bilər, ustalar
isə daha ucuz, keyfiyyəti daha aşağı olan digərindən istifadə edərlər. Təmirdən
sonra elektrik enerjisi kəsilmələri, qısa qapanmaya görə yanğın, santexnika və
digər narahatlıqlarla qarşılaşa bilərsiniz.
Göstərilmiş
tövsiyələri yerinə yetirsəniz vəzifəsinə vicdanla yanaşacaq və bütün işləri nəzərdə
tutulmuş müddətdə yerinə yetirəcək peşəkar inşaat briqadasını tapacaqsınız.