Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

"ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.
O bildirib ki, ABŞ özünün ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:
"Hamı gördü ki, bu pilotsuz aparat dayandırıldı və bəyan edirik ki, biz bunu dəfələrlə təkrar edə bilərik".
Xatırladaq ki, ötən həftə İran öz hava məkanında ABŞ-a məxsus pilotsuz dronu vurduğunu bəyan etmişdi.


Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR