Tədris nə vaxt başlayacaq? - RƏSMİ Tədris nə vaxt başlayacaq?    - RƏSMİ

Təhsil naziri Ceyhun Bayramov tədrisin başlanacağı tarix barədə danışıb.

"Report” xəbər verir ki, nazir AzTV-nin "Hədəf” verilişinə müsahibəsində bu mövzunun həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusu olduğunu deyib.
Nazir bildirib ki, təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir: 
"Bir çox hallarda nəqliyyatdan istifadə etmək var. Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.
C.Bayramov deyib ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, bu barədə ictimaiyyətə məlumat veriləcək. 
Qeyd edək ki, ölkədə martın 3-dən etibarən tədris dayandırılıb. 
Xəbər 2846 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR