Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

 Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gecədən Bakının Nərimanov rayonunun Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. 

Aktual.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənə qədər qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR