TƏBİB Cəlilabadda koronavirus şübhələrinin olması xəbərinə münasibət bildirdi

TƏBİB Cəlilabadda koronavirus şübhələrinin olması xəbərinə münasibət bildirdi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İranın Məşhəd şəhərindən ziyarətdən gələn iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq deyilib ki, ötən gün və əvvəlki günlərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına koronavirus şübhəsi ilə xəstə gətirilməyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır. 
Məlumat üçün bildirək ki, İranda koronavirusdan 12 nəfər dünyasını dəyişib. Azərbaycan İranla sərhəd keçid məntəqələrində məhdudiyyət tətbiq edir.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR