Tbilisidə Gürcüstan DİN rəhbərinin istefası tələbi ilə avtomobil yürüşü başlayıb

Tbilisidə Gürcüstan DİN rəhbərinin istefası tələbi ilə avtomobil yürüşü başlayıb

Tbilisidə Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü başlayıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, yürüş nazirlik qarşısının qarşısınadək davam edəcək və orada keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq.
Hakim Gürcü Arzusu Partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək. Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, etirazçıların hələ qəbul olunmayan tələbləri daxili işlər nazirinin istefası və iyunun 20-də Tbilisidə keçirilən askiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasıdır. 
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR