Tbilisidə aksiya iştirakçılarının 10-u həbs edilib

Tbilisidə aksiya iştirakçılarının 10-u həbs edilib
  • DÜNYA

Tbilisi Şəhər Məhkəməsi noyabrın 18-də keçirilmiş mitinqdə saxlanılmış 11 aksiya iştirakçısını hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaətsizlikdə və dələduzluqda təqsirli bilib.

Bu barədə "Report” Gürcüstanın İctimai Yayımının Birinci Kanalının saytına istinadən xəbər verir.
Məlumata görə, 10 nəfər barəsində 5-13 gün müddətində inzibati həbs cəzası çıxarılıb, 1 nəfər isə 1000 lari cərimələnib. Məhkəmə daha 25 nəfərin işinə bu gün baxacaq.
Bildirilir ki, məhkəmənin qərarı iclas iştirakçılarının kəskin etirazı ilə qarşılanıb.
Qeyd edək ki, artıq bir neçə gündür Gürcüstanda etiraz aksiyaları keçirilir.
Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR