Tanışını dəmirlə vuran şəxs məhkəmə zalında həbs edilib

Tanışını dəmirlə vuran şəxs məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan İ.Hüseynov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, İ.Hüseynov mübahisə zəminində tanışı Pərvin İsayevi dəmir alətlə başından vurub. İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürüb.
Xəbər 119 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR