Tanınmış xanım vəkil məhkəmə zalında HƏBS EDİLDİ

Tanınmış xanım vəkil məhkəmə zalında HƏBS EDİLDİ

Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.

/Musavat.com/
Xəbər 145 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR