Tanınmış jurnalist Zahir Əmənov həbs edildi

Tanınmış jurnalist Zahir Əmənov həbs edildi

Masallı rayonunda fəaliyyət göstərən "Cenub.az” xəbər portalının və "Cənub Xəbərləri TV”nin baş redaktoru Zahir Əmənov saxlanılıb.

Qaynarinfo xəbər verir ki, baş redaktor Masallı RPŞ əməkdaşları tərəfindən ötən gün redaksiyanın ofisində saxlanılıb və Masallı RPŞ-nə aparılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "Report"a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, "cenub.az" xəbər portalının rəhbəri Zaur Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Zahir Əmənov təsisçisi olduğu "Cenub.az” saytında Masallı rayon icra başçısı Şahin Məmmədov haqqında bur neçə dəfə tənqidi materiallar dərc edib. Sonuncu belə bir yazı bir neçə gün əvbəl dərc olunmuşdu.
Xəbər 1619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR