Tanıdıqlarının sevimlisi - Heydər Qasımov

Tanıdıqlarının sevimlisi - Heydər Qasımov

Son zamanlar, yaşadığım Sulutəpə qəsəbəsində qohum - qonşudan barəsində danışmaq istədiyim adam haqqında tez-tez xoş sözlər eşidirdim. Şəxsi tanışlığımız yox idi.
  
 Bu yaxında, axşamüstü Sulutəpə dairəsindən  piyada evə tərəf gedərkən, üzərində "Azəriqaz" loqotipi olan qara uniforma geyimli, orta yaşlı adamın qaz sayğacının yanında ev yiyəsi ilə söhbət etdiyini gördüm. Professional jurnalist marağım məni ayaq saxlamağa vadar etdi. Təmkinlə və çox sadə tərzdə ev sahibinə sayğacdan istifadə qaydalarını izah edirdi. Yaxınlaşıb hər ikisi ilə görüşüb həmsöhbət olmağı qərara aldım. Salamlaşdıq. Bakı Regional Qazın Satış Departamentinin mühəndisi Heydər müəllim kimi təqdim elədi özünü. Yaxındakı kafeyə çay içməyə dəvət elədim. İş vaxtı bitdiyi üçün etiraz etmədi. Söhbəti yeni nəsil qaz sayğaclarından başlasaq da, ədəbiyyatla bitirdik. Onunla söhbət edərkən maraqlı bir kitab oxuyurdum sanki. İnşaat Universitetinin  istilik və qaz təchizatı fakultəsini bitirdiyi gündən qaz sahəsində çalışır. Rus dilini mükəmməl, ingilis və fars dillərini orta səviyyədə bilir. Klassiklərdən Vahidi, müasir yazarlardan Çingiz Abdullayevi mütaliə etməyi sevir. Ailəlidir, qızı magistratura, oğlu universitet tələbəsidirlər.
  
Etiraf edim ki, günün az qala yarısını küçələrdə, dalanlarda qaz işi ilə uğraşan bir adamın belə intellektual sahibi olmasını təsəvvürümə belə gətirə bilməzdim...

Heydər Qasımov öz peşəsinin həm də fanatıdır. Odur ki, insanları öz sahəsinə uyğun maarifləndirməyi də unutmur və bundan zövq alır.

A.Ağayev

Aktual.Az
Xəbər 857 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR