Taksilər də avtobus zolaqlarından istifadə edə biləcək (VİDEO)

Taksilər də avtobus zolaqlarından istifadə edə biləcək (VİDEO)

Gələcəkdə avtobus zolaqlarında taksi minik avtomobillərinin sərbəst hərəkətinə icazə veriləcək.

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

"Mövcud qanunvericiliyə əsasən avtobus zolaqlarında operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə var. Bu zolaqlarlar həm yanğınsöndürən, həm təcili yardım, həm də polis maşınlarının hadisə yerinə operativ çatmasına imkan verir.

Gələcəkdə taksi minik avtomobillərinin də avtobus zolağına daxil olması üçün qanunvericiliyə dəyişiklik edilməsi müzakirə edilir. Mövcud vəziyyətdə bu sahədə olan problemlər, yəni taksilərin hamısında fərqlənmə nişanının olmaması və s. kimi hallar bu avtomobillərin zolaqdan istifadəsinə mane olur. Gələcəkdə bu problem aradan qaldırıldıqda sonra avtobus zolaqlarında taksilərin sərbəst hərəkətinə imkan yaradılacaq”, - o bildirib.
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR