“Sürüşmə zonasının sakinlərinə ayrılan pul vəsaitinin məbləği artırılacaq” – İcra başçısı

“Sürüşmə zonasının sakinlərinə ayrılan pul vəsaitinin məbləği artırılacaq” – İcra başçısı

 "Bayılda evləri sürüşmə zonasında olan sakinlərə yardımın həcmini artırmaq məqsədi ilə görüş keçirilib. Çalışılır ki, tezliklə məsələ öz həllini tapsın”.


"Report”un məlumatına görə, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib

"Məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırdım. Məbləğin çoxaldılması ilə bağlı iş bu həftənin sonuna kimi həll olunacaq”, – deyə, E.Əzizov əlavə edib.

Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir.

Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR