Aktual.az axar.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində 3 mərtəbəli dənizə mənzərəsi olan villa satılır. 8 otaqdan ibarət olan villanın həyətində hovuzu, bağı və qarajı var.

Vilanın 3 geniş bağlı və açıq mətbəxi mövcuddur. Villanın hər mərtəbəsində ayrıca hamam, 3 və 4 yataq otağı var. Əmlak sahibi tərəfindən 1.350.000 manata satılır.

Qeyd edək ki, Səbail rayonu, Bayıl qəsəbəsində sürüşmə aktivləşib. Aktivləşməyə əsasən ərazidə yerləşən evlərin sakinləri çıxarılaraq başqa mənzillərə yerləşdirilib.

Yaşayış massivindəki Cənub Dərə adlanan əraziyə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub.

Bildirək ki, sürüşməyə meyilliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb.