Suriya ordusu ölkənin şimal-şərqindəki neft yatağına nəzarəti ələ alıb

Suriya ordusu ölkənin şimal-şərqindəki neft yatağına nəzarəti ələ alıb
  • DÜNYA

Suriya ordusu bir neçə il ərzində ilk dəfə respublikanın şimal-şərqindəki Rumeylan şəhərinin yaxınlığında yerləşən neft yatağını tutub.

APA "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə yerli radioda məlumat yayımlanıb.
Lakin əvvəllər bu sahəyə hansı qüvvələrin nəzarət etməsi barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən günlərdə Pentaqon rəhbəri Mark Esper ABŞ-ın Suriyadakı neft yataqlarını qoruyacağını və onları ələ keçirməyə cəhd edən qüvvələrə güclə cavab verəcəklərini bildirmişdi. Onun sözlərinə görə, ABŞ əsgərləri nə Rusiya, nə də Suriya hərbçilərini neft yataqları olan bu əraziyə buraxmaq niyyətində deyil.
Bu arada Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriyanın şimal-şərqindəki neft yataqları olan ərazilərin Suriya hökuməti tərəfindən nəzarət altına alınmasının vacibliyini deyib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov isə ABŞ hökumət qurumlarının hər ay Suriyadakı neft istehsalından 30 milyon dollardan çox pul qazandığını bildirib.
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR