Suriya ordusu 3 səhra komandirini zərərsizləşdirib

Suriya ordusu 3 səhra komandirini zərərsizləşdirib
  • DÜNYA

Suriya ordusu qanunsuz silahlıların İdlib vilayətindəki Xan-Şeyxuneşəhərindəki mövqelərinə hücum edib.

Bu barədə "Report" "Al-Masdar"a istinadən xəbər verir.
Bildirilir ki, hərbçilər "Ceyş əl-Əhrar" ekstremist qruplaşmasının 3 səhra komandirini məhv edib. Silahlılar Sukeyka şəhərində öldürülüblər.
Xəbərdə həmçinin qeyd edilir ki, hökumət qüvvələri əməliyyatın sonunda düşmənin müdafiə xəttini yarıblar.
"Ceyş əl-Əhrar" ekstremist qruplaşması "Cəbhət ən-Nüsrə"nin mövqeyində döyüşərək bu terror qruplaşmasını müdafiə edir. 
Daha əvvəl Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR