Suriya məsələsi üzrə üçtərəfli növbəti sammit Rusiyada keçiriləcək

Suriya məsələsi üzrə üçtərəfli növbəti sammit Rusiyada keçiriləcək
  • DÜNYA

Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti sammiti Rusiyada keçiriləcək.


"Report” "Haber7”yə istinadən xəbər verir ki, bu barədə sammitdə qəbul edilən 12 maddəlik bəyannamədə vurğulanıb.

Sənəddə Suriya Ərəb Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, birliyi və torpaq bütövlüyünün qorunmasına bütün dövlətlərin hörmətlə yanaşmasının vacibliyi qeyd edilib.

BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu olaraq tanınan İŞİD, "Nusra Cəbhəsi”, "Əl-Qaidə” və ya İŞİD-ə bağlı bütün qruplar, dəstələrin aradan qaldırılması üçün əməkdaşlıq edilməsinin əhəmiyyəti vurğulanıb. Suriyada ixtilafın hərbi yolla həllinin mümkün olmadığı, münaqişənin yalnız müzakirə yolu ilə həllinin mümkünlüyündən bəhs edilib.

Bəyannamədə qaçqınlara yardım kimi maddələr də yer alıb. 

 
Aktual.az
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR