Suriya hərbçiləri Rusiya təyyarəsini səhvən vurublar

Suriya hərbçiləri Rusiya təyyarəsini səhvən vurublar
  • DÜNYA

Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. 

"Report”un CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat yayan ABŞ hökumətindəki mənbələrə görə, hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib. 
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan təyyarədə 14 hərbçi olub.
İsrail Ordusu Suriyaya zərbə endirdiklərinə dair Rusiya tərəfinin bəyanatını şərh etməyib.
 
Aktual.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR