Sumqayıtda döyülərək komaya düşən gənc xəstəxanada öldü

Sumqayıtda döyülərək komaya düşən gənc xəstəxanada öldü

Sumqayıt şəhərində döyülərək komaya düşən gənc xəstəxanada ölüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, şəhərin Corat qəsəbə sakini, 1995-ci il təvəllüdlü İbrahim Tofiq oğlu Mirzəyev bu gün yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb. 

***
 Sumqayıt şəhərində döyülən 23 yaşlı oğlan komaya düşüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.
Belə ki, şəhərin Corat qəsəbə sakini, 1995-ci il təvəllüdlü İbrahim Tofiq oğlu Mirzəyev ötən gecə yaşadığı ərazidə naməlum şəxslərin hücumuna məruz qalıb. Möhkəm döyülən gənc xəstəxanaya aparılarkən yolda komaya düşüb. 
Həkimlərin verdiyi məlumata görə, yaralı Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR