Sumqayıtda bədbəxt hadisə: usta dördüncü mərtəbədən yıxılaraq ÖLDÜ

Sumqayıtda bədbəxt hadisə: usta dördüncü mərtəbədən yıxılaraq ÖLDÜ

Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.

Aktual.az-ın report-a istinadən  məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisindəki yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinətəhvil verilib.
Faktla bağlı araşdırma aparılır
 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR