Sumqayıtda avtobus dayanacaqları zəbt edildi - VİDEO

Sumqayıtda avtobus dayanacaqları zəbt edildi - VİDEO

Sumqayıt Dəmiryol Vağzalı ətrafında ciddi nizamsızlıq hökm sürür.
Aktual.az-ın məlumatına görə, avtomobillər ərazini zəbt etdiyinə görə marşrut avtobusları dayanacağa daxil ola bilmirlər.

Dayanacaq zəbt edildiyi üçün avtobus sürücüləri bəzən sərnişinləri yolun ortasında düşürdürlər. Əsasən günün pik saatlarında avtobuslar dayanacaq ətrafına yaxınlaşa bilmirlər.
Bəziləri isə heç vağzal ətrafından belə keçmirlər. Sakinlər avtomobillərin burada dayanmasından narazıdırlar.
Mövzu ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsindən bildirilib ki, məsələdən xəbərləri var və aidiyyəti qurumlarla birgə problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçiriləcək.(xezerxeber)
Daha ətraflı süjetdə:


Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR