Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək

1-3 may tarixlərində Sumqayıt şəhərinin bəzi hissələri, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Aktual.az-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə təmir işlərinin aparılmasıdır.
3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.


Xəbər 667 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR