Sumqayıt, Şamaxı və Ağsuda qanunsuz silah-sursat götürülüb

Sumqayıt, Şamaxı və Ağsuda qanunsuz silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis idarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin "Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş "İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. 
Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan "BUM” markalı ov tüfəngi götürülüb. 
Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Mirzəyev nömrəsi silinmiş "Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 5 ədəd patronu könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır. 
 

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR