Sumqayıt Apellyasiya Məhkəməsi Aslan İsmayılovla bağlı qərar qəbul etdi - FOTO

Sumqayıt Apellyasiya Məhkəməsi Aslan İsmayılovla bağlı qərar qəbul etdi - FOTO

Vəkilim Telman İbrahimovun məsləhətindən sonra bu açıqlamanı verdim ki, hər kəs bütün bunların əsil səbəbini bilsin

"Aslan İsmayılov adlı şəxs 2016-cı ildən bu günə kimi dəfələrlə məhkəməyə müraciət edib.
6 dəfə Səbail məhkəməsinə, 4 dəfə Abşeron rayon məhkəməsinə, 2 dəfə Apellyasiya məhkəməsinə, 1 dəfə də Ali Məhkəməyə. İşsiz-gücsüz bekar adamdır. Oturub evdə bu yolla insanlara guya təzyiq edir. Bütün günü də insanları sosial şəbəkədə təhqir etməklə məşğuldur. Bu yolla özünü gündəmdə saxlayır.
Prezident İlham Əliyevin komanda üzvlərini, köməkçilərini, millət vəkillərini, partiya sədrlərini, mətbuat nümayəndələrini, iş adamlarını, tanınmış siyasətçiləri təhqir etməklə, aşağılamaqla məşğuldu. Bu adamla bağlı cəmi 1 dəfə 2016-cı ildə öz fikrimi bildirmişəm. Bunun səbəbi də BAXCP sədri Qüdrət Həsənquliyev haqqında etdiyi tərbiyəsizlik olub.
Tərəfimdən yazdığının adekvat cavabını alıb. Və bundan sonra utanmadan Səbail rayon məhkəməsinə müraciət edib. Söyüş yazan özü və məhkəməyə də müraciət edən də özü. 2016-cı ildə məkhəmə də bütün olanları diqqətlə araşdırıb ədalətli qərar qəbul edib.
Bundan sonra bu adama baş qoşmuram. Ancaq bu adam 3 il ərzində heç bir əsası olmayan iddialarla məni məhkəməyə verir. Əsas da onu göstərir ki, guya facebook sosial şəbəkəsində onun haqqında statuslar yazıram. Ancaq bu savadsız adam başa düşmür ki, bu cür iddialarla heç bir məhkəməni aldada bilməz. Çünki əsas mənbə kimi, nəzərdə tutduğu saxta "Niyaməddin Orduxanlı" adlı facebook səhifələrinin mənimlə heç bir əlaqəsi yoxdur. Bəlkə də mənim adımla açılan bu saxta profili açanlardan biri də Aslanın özüdür.
Ola bilsin ki, özü açdığı həmin saxta profildən mənim adımdan statuslar yazır və bunu da əlində "əsas" tutaraq məhkəmələrə müraciət edir. Guya yeni bir iş kimi. Yeni tarixdə vaş vermiş hadisə kimi. Mənim facebookda cəmi bir real səhifəm var. Onun da 30 000 yaxın izləyicisi var. Və hər kəs də çox yaxşı bilir ki, 2016-cı ildən bu bünə kimi Aslan adlı şəxs haqqında heç nə yazmıram. Sözü bir dəfə deyərlər. Onu da 3 il qabaq demişəm! O kimdir ki, vaxtımı ona ayırım.
Bu açıqlamanı da vermək fikirim yox idi. Vəkilim Telman İbrahimovun məsləhətindən sonra bu açıqlamanı verdim ki, hər kəs bütün bunların əsil səbəbini bilsin.
Sonuncu məhkəmə 29 iyul tarixində Sumqayıt Apellyasiyasında olub.
Hakim Fərnayıl Zeynallı çox ədalətli qərar qəbul edib. Qərar hissəsini də sizə göndərəcəm, baxın. Deməli, 08.04.2019-cu il Abşeron rayon məhkəməsinin hakimi Vaqif müəllimin ədalətli qərarından Sumqayıt Apellyasiyasına şikayət verən Aslanın necə savadsız biri olduğu ortaya çıxıb.
Qanunla rayon məhkəməsindən 20 gün müddətinə yuxarı instansiyaya şikayət verilə bilər. Ancaq özünü "vəkil" adlandıran şəxs 49 gün keçdikdən sonra Sumqayıt Apellyasiyasına şikayət verib.

Bu faktın özü göstərir ki, bu adam hansı səviyyəli vəkil olub. Bu adam necə vəkil işləyib? Bu günə kimi bilmirmiş ki, 20 gün müddəti buraxdıqdan sonra şikayətə baxıla bilməz?!
Sumqayıt Apellyasiyası da qanunla iddianı təmin etməyib.
Sonda onu da bildirim ki, sovet dövründə atasının verdiyi Allahvedi adını dəyişdirib Aslan qoyan bu şəxs Azərbaycan SSRİ dövründə baş vermiş Sumqayıt hadisələrində prokuror kimi ermənilərə görə Azərbaycan türkü olan Vaqif Hüseynov və digər şəxslərə ölüm hökmü tələb etmişdi.
Erməniyə görə Azərbaycan türklərinə ölüm hökmünü tələb edən "Aslan" haqqında danışmağı özümə ayıb bilirəm.
Azərbaycanda sovet dövründə 2 nəfər Allah adına görə öz atalarının verdiyi addan imtina edib.

Biri budur, digəri də Qulu Məhərrəmli...".

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini
image description
image description
Xəbər 2014 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR