Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə əlavə texnika yığır - Video

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə əlavə texnika yığır - Video

Xəbər verdiyimiz kimi, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.
 
Aktual.az xəbər verir ki, aksiyada iştirak edən jurnalist Niyaz Niftiyev "Qafqazinfo”ya bildirib ki, aksiyanın həyata keçirildiyi ərazidə olunan Rusiya sülhməramlılarının hərbçilərinin sayı, o cümlədən texnikanın sayı artırılır. Belə ki, aksiya başlayanda hadisə yerində Rusiya sülhməramlılarına məxsus bir hərbi texnika xidmət aparırdısa, hazırda onların sayı üçdür.

Bir saatdan çoxdur davam edən aksiyada etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Onlar QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.


Xəbər 679 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR