Stoltenberq: "Quranı yandırmaq söz azadlığının ifadəsidir"

Stoltenberq:
  • DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq "İsveçin təşkilata üzvlük yolunu qapadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini" tənqid edib.
Aktual.az xəbər verir ki, o, bununla bağlı düşüncələrini "Welt" telekanalına müsahibəsində paylaşıb.
Stoltenberq qeyd edib ki, ifadə və fikir azadlığı həm İsveçdə, həm də digər NATO ölkələrində qiymətli sərvətdir. Buna görə də bu yersiz hərəkətlər heç də qeyri-qanuni sayılmır. Baş katibin sözlərinə görə, İsveç hökuməti bu hərəkəti çox aydın ifadələrlə pisləyib.
Stokholmda sağçı ekstremistlərin İslamın müqəddəs kitabı "Qurani-Kərim"in yandırılması ilə müşayiət olunan nümayişi müsəlman dünyasında səs-küyə səbəb olub və İsveçlə Türkiyə arasında münasibətləri daha da gərginləşdirib. İsveç hakimiyyəti şənbə günü mitinq keçirilməsinə icazə verdiyi üçün Türkiyə həmin ölkənin müdafiə naziri Paul Consonun yanvarın 27-də Ankaraya planlaşdırılan səfərini ləğv edib.
Türkiyə və Macarıstan yeganə NATO ölkələridir ki, İsveçin Şimali Atlantika Alyansına daxil olmasına razılıq vermirlər.(musavat)


Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR