ÜST: son bir gündə dünyada 11,5 min insan koronavirusa yoluxub

ÜST: son bir gündə dünyada 11,5 min insan koronavirusa yoluxub

Son gün ərzində dünyada 11,5 min insanda koronavirus aşkarlanıb, 400-dən çox xəstə ölüb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.
ÜST-ün məlumatına görə, dünyada bir gün ərzində virusa 11 526 yeni yoluxma qeydə alınıb. Beləliklə, dünyada COVD-19 infeksiyasına yoluxanların ümumi sayı 179 112 nəfər təşkil edir.
Bundan başqa, təşkilatın məlumatına əsasən, koronavirusdan bir gün ərzində 475 nəfər ölüb. Bununla da dünyada koronavirusdan ölənlərin sayı 7 426 nəfərə çatıb.
Qeyd edilir ki, son gün ərzində virus daha səkkiz ölkədə aşkar edilib.
Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə ÜST-ə ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib. Mütəxəssislər xəstəliktörədicinin koronavirus olduğunu müəyyənləşdirib. 
ÜST martın 11-də COVİD-19 infeksiyasını pandemiya elan edib.
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR