ÜST: Dünyada koronavirusa daha 103 min yoluxma qeydə alınıb

ÜST: Dünyada koronavirusa daha 103 min yoluxma qeydə alınıb

Dünyada COVID-19-a yoluxanların sayı 4,89 milyonu ötüb.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Ayrı-ayrı ölkələrdən alınan son rəsmi məlumatlara görə, son bir gündə COVID-19-a yeni 103 981 yoluxma qeydə alınıb, virusa yoluxmuş 4 467 pasiyent ölüb.
Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 893 186 təşkil edir. Pandemiya ərzində koronavirusdan ümumilikdə 323 256 nəfər ölüb.
Dünyada koronavirusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 166 003 nəfər COVID-19 xəstəsidir.
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR