Şoyqu oktyabr ayında Şimali Koreyaya səfər edə bilər

Şoyqu oktyabr ayında Şimali Koreyaya səfər edə bilər
  • DÜNYA

Moskva və Pxenyan ayın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun KXDR-ə səfərinin təşkili imkanlarını araşdırırlar.

Aktual.az Trend-ə istinadən bildirir ki, səfər zamanı Şoyqu Xalq Silahlı Qüvvələri naziri No Qvan Çxol ilə görüşməyi planlaşdırır. Tərəflərin ABŞ və KXDR arasındakı denuklearizasiya ilə bağlı danışıqları fonunda müdafiə sektorundakı əməkdaşlığı, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. NHK telekanalının məlumatına görə, Pxenyana səfərdən əvvəl Rusiya müdafiə nazirliyinin rəhbəri Çinə də səfər edəcək.
Qeyd edək ki, Şoyqu və No Qvan Çxol apreldə Moskva beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində bir araya gəlmişdirlər.
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR