Sosial şəbəkələrdəki problemin dünya iqtisadiyyatına vurduğu ziyan

Sosial şəbəkələrdəki problemin dünya iqtisadiyyatına vurduğu ziyan

"Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib".  

Aktual.az qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, NetBlocks şirkətinin hesablamalarına görə, "Facebook", "Instagram", "Twitter", "WhatsApp" və "Facebook Messenger"in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb:

"Həmin şəbəkələrin 3 saat ərzində çalışmaması dünya üçün 645 milyon xərc demək idi. NetBlocks şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə "Facebook"un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün "donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər".
 

Deputat onu da əlavə edib ki, NetBlocks şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır: 

"Bu zaman ölkələrin iqtisadiyyatının ölçüsü əsas meyar kimi götürülür. Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan "Facebook" şirkətinin səhmləri 5 faizə yaxın ucuzlşaraq hazırda 326 dollara təklif olunur".

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR