Sosial müdafiə xərcləri 200 milyon manat artırıldı – Rəsmi

Sosial müdafiə xərcləri 200 milyon manat artırıldı – Rəsmi

Məlum olduğu kimi, Milli Məclisin dünən, iyulun 12-də keçirilən iclasında 2019-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib. 

Müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
Dəyişiklik nəticəsində ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 200,0 milyon manat və işsizlikdən sığorta fondunun xərcləri 15,0 milyon manat artırılacaq.
Cebhe.info-nun xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.  
Məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350,0 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.
Bununla əlaqədar "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215,0 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150,0 milyon manat azaldılaraq xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR