Sonuncu dəfə Bakıda belə hava nə vaxt olub? - Nazirlikdən AÇIQLAMA

Sonuncu dəfə Bakıda belə hava nə vaxt olub? - Nazirlikdən AÇIQLAMA

"2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu Bakıda ən aşağı temperatur göstəricisi olub”.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 
 
Bildirilir ki, həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da rekord göstərici idi.
 
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.

Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR