Son üç ildə dünyada terror aktları nəticəsində ölənlərin sayı iki dəfə azalıb

Son üç ildə dünyada terror aktları nəticəsində ölənlərin sayı iki dəfə azalıb
  • DÜNYA

2014-cü illə müqayisədə dünyada terror aktları nəticəsində həlak olanların sayı 44 faiz azalıb və 2017-ci ilin nəticələrinə görə, 18,8 min nəfər təşkil edib.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) hazırladığı "Qlobal terrorizm indeksi" adlı məruzədə yer alıb.

Sənəd müəllifləri terror aktları nəticəsində həlak olanların sayının üç il ərzində ardıcıl olaraq azaldığını qeyd edirlər. Buna əsas səbəblərdən biri kimi İraq və Suriya ərazisində İŞİD qruplaşmasının zəifləməsi göstərilir. Belə ki, Suriya və İraqda terror hücumları nəticəsində həlak olanların sayı bir ildə demək olar ki, iki dəfə azalıb.

Məruzəyə əsasən, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 42 faiz azdır. Ölümlə nəticələnən terror aktları dünyanın 67 ölkəsində qeydə alınıb.

 
Aktual.az 
Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR