SON DƏQİQƏ! Binəli Yıldırım Azərbaycanda yol qəzası keçirdi - Hadisə yerindən İLK GÖRÜNTÜLƏR

SON DƏQİQƏ! Binəli Yıldırım Azərbaycanda yol qəzası keçirdi - Hadisə yerindən İLK GÖRÜNTÜLƏR

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfəri çərçivəsində ölkəmizə gələn Ak Parti sədrinin müavini Binəli Yıldırım yol qəzası keçirib.
Aktual.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, qəza B. Yıldırımın olduğu avtomobilin ön təkərinin partlaması nəticəsində baş verib.
Ak Parti sədrinin müavini və avtomobildə olan millət vəkili Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca onların səhhəti barədə açıqlama verib.

"Azərbaycana səfər edən cənab Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobili qəzaya uğrayıb. Onunla (B. Yıldırımla) danışdım və hər üçünün səhhətinin yaxşı olduğunu öyrəndim. Bir daha keçmiş olsun deyirem” - F. Koca bildirib.

Qeyd edək ki, AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.

Ak Parti sədrinin müavini Binəli Yıldırım Azərbaycanda qəzaya uğraması ilə bağlı açıqlama verib.

O, hazırda səhhətinin yaxşı olduğunu bildirib.

Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükürlər olsun ki, vəziyyətimiz yaxşıdır. Xəstəxanada həkim nəzarətindəyik. Dua edən hər kəsə təşəkkür edirəm" - Binəli Yıldırım deyib.
]


Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR