Son dəqiqə: Almaniya Niderlandı bombaladı

Son dəqiqə: Almaniya Niderlandı bombaladı

Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) "Panavia Tornado” qırıcısı Niderlandla sərhədin yaxınlığındakı "Nordhorn” poliqonunun yaxınlığına iki bomba zərbəsi endirib. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Almaniya HHQ-nin mətbuat xidməti dərhal məsələyə aydınlıq gətirib. Bildirilib ki, sözügedən əraziyə havadan atəş zərbəsi təlim zamanı səhvən açılıb. 

Hazırda poliqonun şəxsi heyəti əraziyə atılan təlim bombalarının axtarışına cəlb edilib. Yerli sakinlərdən sursatı tapdıqları təqdirdə ona toxunmamaları, bu barədə polisə xəbər vermələri tələb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR