Son bir ayda Ukraynada 7 nəfər qızılca xəstəliyindən həlak olub

Son bir ayda Ukraynada 7 nəfər qızılca xəstəliyindən həlak olub
  • DÜNYA

2019-cu ilin əvvəlindən Ukraynada qızılca xəstəliyindən 7 nəfər həlak olub. 
 
Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna səhiyyə nazirinin müavini Olqa Stefanişina məlumat verib. Qızılcadan həlak olanların ikisi uşaqdır.
Onun sözlərinə görə, təkcə yanvar ayında Ukraynada 15 mindən artıq insan qızılcaya tutulub. Ən çox qızılca xəstəliyi tutan bölgə Ukraynanın qərbidir.
2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər həlak olub, bunlardan 17-i uşaqdır.
Qeyd edək ki, 2018-ci ildə 54481 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 20204-ü böyük, 34277-i isə uşaqdır. Hesabat dövründə qızılca xəstəliyindən 16 nəfər həyatını itirib.
 
Aktual.az
Xəbər 107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR