Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib

Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayını açıqlayıb.

Aktual.az  bildirir ki, QSC-dən Trend-ə özəl olaraq verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində dəmir yolu ilə 1 milyon 579 min sərnişin daşınıb. Onlardan 473 mini yerli istiqamətlərdə, 90 mini xarici, 1 milyon 16 mini isə şəhərətrafı elektrik qatarları ilə daşınıb.
2018-ci ilin 6 ayı ilə müqayisədə sərnişindaşımada yerli istiqamətdə 11,5 faiz, beynəlxalq istiqamətlərdə 9,2 faiz, şəhərətrafı elektrik qatarları ilə 29,8 faiz artım müşahidə olunub.
 
Aktual.az
Xəbər 194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR