Son 5 ildə 18 mindən çox müəllim işə qəbul olunub

Son 5 ildə 18 mindən çox müəllim işə qəbul olunub

Son 5 ildə kənd məktəblərində yeni fəaliyyətə başlamış 11 600 müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub.

Təhsil Nazirliyindən Aktual.az-a verilən məlumata görə, bu, işə yeni qəbul olunan müəllimlərin 64 faizini təşkil edib.
Ümumilikdə son 5 ildə Azərbaycanda 18 136 müəllim işə qəbul olunub. Bu müddətdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.
Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib. Bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur.
 
Aktual.az
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR