SOCAR banklardakı vəsaitlərin 80%-ni dollarda yerləşdirdi

SOCAR banklardakı vəsaitlərin 80%-ni dollarda yerləşdirdi

Ötən il SOCAR-ın banklarda yerləşdirdiyi pul və pul vəsaiti ekvivalentlərinin, o cümlədən depozitlərin həcmi açıqlanıb.

"APA-Economics" SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il dövlət şirkətinin banklarda yerləşdirdiyi pul vəsaitləri 25% artaraq 5,217 mlrd. manat təşkil edib.
Hesabatda bildirilir ki, qeyd olunan pul vəsaitinin 4,167 mlrd. manatı ABŞ dolları, 461 mln. manatı Azərbaycan manatı, 100 mln. manatı avro, 213 mln. manatı lirə, 129 mln. manatı İsveçrə frankı, 135 mln. manatı digər valyuta ekvivalentlərindədir. Bundan başqa, şirkətin 12 mln. manat nağd pul vəsaiti var. Başqa sözlə, SOCAR banklardakı vəsaitlərin 80%-ni dollarda yerləşdirib.

Depozitlərə gəlincə, 2017-ci ilin 31 dekabr tarixinə SOCAR-ın bank hesablarında yerləşdirilən depozitlərin həcmi 218 mln. manat təşkil edib. Qeyd olunan depozit 6 aydan 1 ilə qədər illik 1 - 6% olmaqla yerləşdirilib. 2016-cı ildə yerləşdirilən 1 mlrd. 39 mln. manat həcmində depozit isə illik 2,5 - 6% olmaqla bir illik yerləşdirilib.

Aktual.az
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR